İranda koronavirusdan ölənlərin sayı 129 nəfər artdı

XƏBƏR
15:46
16 Mart 2020
76

İranda yeni tip koronavirusdan (COVID-19) ölənlərin sayı 853 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.

Onun sözlərinə görə, ötən sutka ərzində koronavirusa yoluxanların sayı 1 053 nəfər, ölənlərin sayı isə 129 nəfər olub.

Ümumilikdə İranda 14 min 991 nəfər bu virusa yoluxub, 4 996 nəfər isə sağalaraq evə buraxılıb.

Xəbər lenti