“Rusiya, Azərbaycan və Ermənistan əlaqələri möhkəmləndirməyə çalışmalıdır”

XƏBƏR
17:51
26 Noyabr 2021
584

“Son bir ildə Qarabağda vəziyyətin nizamlanması üçün çox işlər görülüb, lakin təəssüf ki, hələ də həll olunmayan məsələlər var”.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşdə bildirib.

Bununla yanaşı, V.Putin ayrı-ayrı insidentlər baş versə də, Qarabağda tammiqyaslı döyüş əməliyyatlarının aparılmamasını müsbət hal kimi dəyərləndirib.

“Ümid edirəm ki, yaxın gələcəkdə Qarabağda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul etmək mümkün olacaq. Rusiya, Azərbaycan və Ermənistan əlaqələri məhv etməyə yox, möhkəmləndirməyə çalışmalıdır”, - deyə Putin söyləyib.

Xəbər lenti