Bloger onu pulsuz aparan taksi sürücüsünə avtomobil hədiyyə etdi - Video

XƏBƏR
12:40
25 Noyabr 2021
722

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov onu pulsuz aparan taksi sürücüsünə avtomobil hədiyyə edib.

Sabah.az xəbər verir ki, həmyerlimiz bunu əks etdirən görüntüləri instaqram hesabında paylaşıb.

Bir neçə sürücü Həsənovu pulsuz aparmaqdan imtina etsə də, biri razılaşıb. Söhbət əsnasında məlum olub ki, sürücü Qırğızıstandan gəlib, borcları var, qızı isə əməliyyat olunmalıdır.

Ünvana çatan bloger avtomobil satılan yerə girərək taksi sürücüsünə yeni avtomobil alıb və nəqliyyat vasitəsinin açarlarını ona təqdim edib. Sürücü hisslərinə hakim ola bilməyib.

Xəbər lenti