Polis xidməti silahından açılan atəşlə həlak oldu

HADİSƏ
11:52
25 Noyabr 2021
1309

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.

Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti