“Palmali”dən Mübariz Mənsimovla bağlı - Açıqlama
“Palmali Şirkətlər Qrupu” Mübariz Mənsimovun saxlanılması ilə bağlı açıqlama yayıb.
Sabah.az xəbər verir ki, iş adamının köməkçisi Fidan Quliyeva sosial şəbəkədə yaydığı məlumatda Mənsimovun ətrafında yaranmış son vəziyyətin tezliklə qanun çərçivəsində öz həllini tapacağını qeyd edib:
““Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimovun uydurma ittihamlarla saxlanması ilə əlaqədar son günlər baş verən hadisələr hər birimizi məyus edir. Şirkətimizə bununla bağlı saysız-hesabsız dəstək xarakterli zənglər daxil olur, sosial şəbəkələrdə yazılar yazılır. Bütün bunlara görə sizin hər birinizə dərindən minnətdarıq və insanların narahatlığını başa düşürük. Vurğulamaq istəyirik ki, Türkiyə Respublikası, hər şeydən əvvəl, hüquqi dövlətdir. Əminik ki, burada qanunlar işləyir və yalnız qanunlara tabe olmaq hər bir vətəndaşın müqəddəs borcudur. Bu səbəbdən ümid edirik ki, Mübariz Mənsimov ətrafında yaranmış son vəziyyət tezliklə qanun çərçivəsində öz həllini tapacaq”.
Daha çox