SOCAR-dan Pakistana 1 milyard dollarlıq investisiya xəbərinə - Reaksiya
SOCAR-ın Pakistana 1 milyard dollar investisiya yatıracağı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.
Sabah.az xəbər verir ki, bu barədə şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov feysbukda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Pakistandakı Səfirliyi artıq dünən verilən rəsmi açıqlamada buna aydınlıq gətirilib:
“Cənab səfir əslində İslamabad Ticarət və Sənaye Palatasında Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin artırılması imkanlarını müzakirə edib”.
Əhmədov qeyd edib ki, bu gün SOCAR-ın hər hansı bir xarici ölkəyə yeni investisiya qərarı yoxdur:
“Əgər gələcəkdə Pakistana və ya başqa bir ölkəyə yeni investisiya qərarı kimi bir məsələ gündəmə gələrsə, öncə dövlətimizin müvafiq səlahiyyətli qurumları ilə razılaşdırılar və ictimaiyyətə SOCAR tərəfindən müvafiq rəsmi açıqlama verilər.
Hazırkı dövrdə isə SOCAR qardaş ölkə Pakistana LNG (mayeləşdirilmiş qaz) tədarük edir və bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətindədir”.
Daha çox