Azərbaycanda koronavirusla bağlı bu cəzalar veriləcək - Həbs də var

ÖLKƏ
14:45
16 Mart 2020
538

Azərbaycanda koronavirusa görə cərimə tətbiq ediləcək.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunacaq. Hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimə ediləcək.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə ediləcək dəyişiklik Milli Məclisin bu gün keçirilən komitə iclasında müzakirə ediləcək.

Xəbər lenti