Qəzada ölən 17 yaşlı qızı yolun o tərəfində atası gözləyirmiş - Foto

ÖLKƏ
11:42
24 Noyabr 2021
1657

Dünən Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı TIR vurub. O, hadisə yerində ölüb.

L.Süleymanova atası ilə birlikdə onlara qonaq gələn qohumlarını qarşılamağa gedirmiş. Dərsdən çıxdıqdan sonra magistral yolun kənarına gələn Laləni yolun digər tərəfində atası gözləyib. Bu zaman yolu keçmək istəyən Laləni yüksək sürətlə gələn yük maşını vurub. Hadisə 17 yaşlı qızın atasının gözü qarşısında baş verib.

Lalə Süleymanova Qazax Dövlət Sosial-İqtisad Kollecinin II kurs tələbəsi olub. Orta məktəbin doqquzuncu sinfindən sonra təhsilini kollecdə davam etdirib.

Faciəli şəkildə ölən gəncin fotosu sosial şəbəkələrdə paylaşılıb.

Xəbər lenti