Polis xidmət zamanı qəzaya düşüb vəfat etdi - Fotolar

ÖLKƏ
09:49
24 Noyabr 2021
1510

Gəncədə polis əməkdaşı xidmət zamanı qəzaya düşərək həlak olub.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 24-də saat 07:30 radələrində baş verib.

Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.

Məlumata görə, polis avtomobili İcbari Tibbi Sığorta xidməti göstərən ofisə çırpılıb.

Fotolar: Qafqazinfo

Xəbər lenti