Şeydayev “Neftçi”yə gəlir?

İDMAN
06:50
7 Fevral 2020
70

Rusiya mətbuatı millimizin futbolçusu Ramil Şeydayevlə bağlı yeni iddia irəli sürüb.

Sabah.az xəbər verir ki, sport24.ru saytı onun karyerasını Azərbaycanda davam etdirə biləcəyini yazıb. 23 yaşlı hücumçu ilə “Neftçi”nin maraqlandığı bildirilib.

Qeyd edək ki, R.Şeydayevin son klubu Moskva "Dinamo"su olub. Bu ilin yanvarında onunla müqavilə ləğv olunub.

Xatırladaq ki, R.Şeydayev Azərbaycan klublarından "Qarabağ"da oynayıb. O, 2017/2018 mövsmündə icarə əsasında Ağdam təmsilçisində çıxış edib.

Xəbər lenti