Kəlbəcərdəki hərbi hissələrə elektrik enerjisi verildi - Video

XƏBƏR
15:32
23 Noyabr 2021
654

“Azərişıq” ASC Kəlbəcərdə aparılan işlər çərçivəsində hərbi hissələri elektrik enerjisi ilə təmin edib.

Sabah.az xəbər verir ki, qısa zamanda rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumilikdə 8 ədəd Kopmlekt Transformator Məntəqələri quraşdırılaraq hərbi hissələrin və taborların elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.

Ümumilikdə elektrik enerjisi təminatı başa çatdırılmış hərbi hissələr üçün 6,2 kilometr 10 kV-luq, 2500 metdən çox 0,4 kV-luq kabel elektrik veriliş xətti, 1,5 kilometerdən artıq 10 kV-luq hava elektrik veriliş xətti çəkilib. Görülən işlərin davamı olaraq 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından Vəng, Bağlıpəyə kəndləri istiqamətində 10 kV-luq hava elektrik veriliş xətti bərpa olunub. “Kəlbəcər” yarımstansiyası-Zülfüqarlı kəndi arası 18 km 10 kV-luq hava elektrik veriliş xətti bərpa edilib.

Həmçinin, Yanşaq və Çopurlu kəndləri arasında 35 kV-luq hava xətinin bərpasına başlanılıb. Həmçinin “Kəlbəcər” yarımstansiyası -“İstisu” qəsəbəsi arası 3 km məsafədə hava xəttində yayrarsız vəziyyətdə olan naqillər yenisi ilə əvəz olunub, yeni dayaqlar quraşdırılıb. İstisu-Alagöllər arası 37 kilometr 35 kV-luq hava kabel xəttinin bərpası üçün dayaqların quraşdırılması işləri davam etdirilir.

Xəbər lenti