PRoMetenin anasının üzərinə ağac düşməsi ilə bağlı araşdırma başladı

XƏBƏR
12:39
23 Noyabr 2021
614

Reper Pərviz İsaqovun (PRoMete) küləyin təsirindən anasının üzərinə ağac düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.

Sabah.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanın yaxınlığında olarkən ağacın küləyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti