Buraxılış və rezidentura imtahanları da təxirə düşdü

ÖLKƏ
13:38
16 Mart 2020
203

Məlum olduğu kimi, 5, 12 və 19 aprel 2020-ci il tarixlərində orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının, rezidenturaya qəbul imtahanının (19 aprel) keçirilməsi nəzərdə tutulurdu.

Dövlət İmtahan Mərkəzindən Sabah.az-a daxil olan məlumata görə, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar da təxirə salınıb.

11-ci sinif buraxılış imtahanları, eləcə də də martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Xəbər lenti