Balıq yağı qabında narkotik keçirmək istədi - Fotolar

XƏBƏR
16:14
22 Noyabr 2021
757

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsi cəhdinin qarşısını alıblar.

Sabah.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Dubay - Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib.

Vətəndaşa məxsus yüklər monitordan keçdikdən sonra, təkrar baxış üçün yoxlama otağına dəvət edilib.

Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindəki balıq yağları dənəciklərinin arasından, kiçik plastik qabdan və siqaret qutusundan gömrük nəzarətindən gizlədilən, ümumilikdə 0,07 qram narkotik vasitə - qurudulmuş marixuana, 0.262 qram narkotik vasitə - kokain, 0.0001 qram psixotrop maddə - lizerqid (LSD), 0,3 qram narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Xəbər lenti