“Pajero”ların katalizatorunu oğurlayan tutuldu
Bakıda “Mitsubishi Pajero” markalı avtomobillərin katalizorlarını oğurlayan şəxs saxlanılıb.
Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində avtomobillərin səsboğucu sistemi, yəni katalizatorlarını oğurlayan şəxs saxlanılıb.
Əməliyyat zamanı Bakı şəhər sakini Xəyal Hüseynzadə tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun Yasamal və paytaxtın digər rayonlarında ümumilikdə 6 avtomobilin katalizatorunu oğurladığı məlum olub. Xəyal Hüseynzadə əsasən “Mitsubishi Pajero” markalı avtomobillərin katalizorlarını kəsib oğurladığını etiraf edib.
Qeyd edək ki, oğurlanan katalizatorlardan bir neçəsi Xəyal Hüseynzadə saxlanılan zaman onun üzərindən aşkar olunub.
Daha çox