Goranboyda mülki şəxs minaya düşdü - Yenilənib

XƏBƏR
13:36
20 Noyabr 2021
867

Goranboy rayon sakini minaya düşüb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu örüş sahəsində heyvan otaran zaman minaya düşüb.

Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar.

Hazırda Ş.Qarayev xəstəxanaya aparılır. Ətraflı məlumat veriləcək.

***

Goranboy rayon prokurorluğu hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti