Şagirdi öldürən şəxs 3 dəfə məhkum olunubmuş
Mingəçevirdə orta məktəb şagirdi güllələnib.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən axşam saat 20 radələrində Mingəçevir şəhərinin "Yeni Həyat" yaşayış massivində baş verib.
Qasımov Əlvan Nuxa oğlu tapançadan 3 dəfə atəş açaraq qonşusunu - Xocalı rayon sakini Kərimov Orxan Tofiq oğlunu qətlə yetirib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törədən, əvvəllər 3 dəfə məhkum olunmuş Əlvan Qasımov tutulub.
Onun üzərindən cinayəti törətdiyi "Makarov" tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Əlvan Qasımov istintaqa təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.
Daha çox