Şəhid Elmin Əlizadə dəfn olundu - Fotolar

ÖLKƏ
11:07
18 Noyabr 2021
947

Xəbər verdiyimiz ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusu yeddi şəhid verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlardan biri - əsgər Əlizadə Elmin Samir oğlunun nəşi Mingəçevirə gətirilib.

Ağdamdan məcburi köçkün olan 19 yaşlı şəhidimizin nəşi ailəsinə təhvil verilib.

Hazırda Mingəçevirdə məcburi köçkünlər üçün salınan “Yeni həyat” qəsəbəsində şəhidlə vida mərasimi keçirilib.

Şəhid Elmin Əlizadə Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

Xəbər lenti