Azərbaycanda müəllimlərlə bağlı yenilik gözlənilir

ÖLKƏ
11:53
16 Mart 2020
672

Azərbaycanda bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlər attestasiyadan keçirilə bilər.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik edilməsi gözlənilir.

Qanunun 13-cü maddəsinə belə bir dəyişiklik təklif edilir ki, bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilverənlər attestasiyası keçirilsin.

Eyni zamanda, yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.

Xəbər lenti