Tanışını bıçaqlayıb öldürmək istədi
Göyçayda 32 yaşlı kişi bıçaqlanıb.
Sabah.az xəbər verir ki, Prokurorluqdan verilən məlumata görə, noyabrın 16-sı saat 20 radələrində 1992-ci il təvəllüdlü Fərid Mirzəyev tanışı, 1989-cu il təvəllüdlü Vüsal Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Daha çox