Müdafiə Nazirliyi brifinq keçirdi - Video
Müdafiə Nazirliyi Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı brifinq keçirir.
Sabah.az xəbər verir ki, nazirliyin mətbuat katibi Anar Eyvazov bildirib ki, son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib:
“Qəfil hərbi əməliyyatlara başlanılıb. Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".
O qeyd edib ki, xeyli sayda sursat, hərbi qənimət ələ keçirilib:
"Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".
Daha çox