Bu ərazilərə qar yağıb - Faktiki hava

XƏBƏR
12:43
16 Noyabr 2021
623

Ölkə ərazisində noyabrın 16-sı saat 11:30 məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Düşən yağıntının miqdarı: Vəlvələçay-Təngəaltıda (Quba) 17.0 mm, Ləzədə 12.0 mm, Qusarda 10.0 mm, Şabranda 3.0 mm, Qəbələ, Şəkidə 2.0 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Qobustan, Salyanda 28 m/s, Altıağacda 26 m/s, Xaçmazda 25 m/s, Hacıqabulda 24 m/s, Beyləqanda 22 m/s, Nabran, Neftçalada 20 m/s, Ceyrançöl, Şamaxı, Şabran, Qubada 18 m/s, Bakıda və Abşeron yarımadasında: Ələt, Maştağada 35 m/s, Bakıda 33 m/s, Pirallahıda 30 m/s, Qum adasında 28 m/s, Çilov adasında 26 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 22 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə isti, aran rayonlarında 5-10 dərəcə isti, dağlıq rayonlarda 10-15 dərəcə şaxta, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti olub.

 

Xəbər lenti