Əməkdar artist koronavirusdan vəfat etdi

XƏBƏR
11:57
16 Noyabr 2021
542

“Yarımştat” tamaşasından tanınan Əməkdar artist Məcnun Hacıbəyov bu gün səhər saatlarında dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə aparıcı Ayşə İsazadə feysbukda məlumat verib.

Onun sözlərinə görə, aktyor koronavirusdan vəfat edib.

Qeyd edək ki, M. Hacıbəyov Qubanın İkinci Nüqədi kəndində anadan olub. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Xəbər lenti