Külək nə vaxta qədər davam edəcək?

ÖLKƏ
10:40
16 Noyabr 2021
1153

“Hazırda Bakıda müşahidə olunan güclü külək axşam saatlarına qədər davam edəcək”.

Sabah.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə paytaxtda gecədən bəri müşahidə olunan küləyin gücü hazırda 30-35 metr/saniyəyə çatıb:

“Gün ərzində də Bakıda güclü çimal-qərb küləyi davam edəcək. Gecəyə doğru zəifləyəcək. Sabahdan etibarən isə şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəzlənəcək”.

G.Məmmədova bildirib ki, hazırda rayonlarıda dağlıq ərazilərdə yağıntılı hava müşahidə olunur:

“Qubanın Qrız ərazisində qarın hündürlüyü 8 sm-ə çatıb. Bölgələrdə də noyabrın 17-si səhər saatlarından etibarən yağıntıların kəsəcəyi, havanın mülayimləşəcəyi gözlənilir”.

Xəbər lenti