Pandemiya qaydalarını pozan restoran sahibi cəzalandırıldı

XƏBƏR
10:31
15 Noyabr 2021
1205

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəmkir rayonu, Kür qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əlnağıyev İlkin İsmixan oğluna məxsus "Kür” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Sabah.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Xəbər lenti