Bakıda kişi əlindəki siqaret səbəbindən öldü
Bakıda 49 yaşlı kişi ehtiyatsızlıqdan özünü yandıraraq ölüb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunun S.Rəhimov küçəsində baş verib.
Şəki rayon sakini, 1962-ci il təvəllüdlü Nəriman Ramazanovun ehtiyatsızlıqdan üzərinə kimyəvi məhlul ("rastvoritel") tökülüb. Həmin vaxt çəkdiyi siqaret də əlindən üzərinə düşüb. Nəticədə N.Ramazanov yanaraq ölüb.
Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir. Rayon prokurorluğunda araşdırma aparılır.
Daha çox