Şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi
Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin bacısı Tamilla Ağazadə ötən gün dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbinin 10-cu sinif şagirdi olub.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü R.Ağayev 2020-ci ilin oktyabrın 2-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Daha çox