Çində koronavirusdan daha 14 nəfər öldü
Çində son sutka ərzində koronavirusdan (COVİD-19) ölənlərin sayı daha 14 nəfər artıb.
Sabah.az TASS-a istinadən xəbər verir ki, Çinin Səhiyyə İşləri üzrə Dövlət Komitəsindən açıqlanan məlumata əsasən, ötən gün ölkədə virus aşkarlanan xəstə sayı 16 nəfər olub, 838 nəfər isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Çində koronavirusa yoluxanların ümumi sayı 80 min 860 nəfər, ölənlərin sayı 3 213 nəfər, sağalanların sayı isə 67 min 490 nəfərdir.
Daha çox