Qanunsuz qum-çınqıl daşıyanlar cərimələndi

XƏBƏR
17:51
12 Noyabr 2021
580

Bu ilin əvvəlindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşının alınması istiqamətində keçirilən reydlər zamanı 33 fakt aşkar edilib.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonunda qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən edilib.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib. Qum-çınqıl satışı ilə məşğul olan şəxslərə aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.

Xəbər lenti