Gəncədə məhkum iti alətlə özünə xəsarət yetirdi
Gəncədə məhkum özünə xəsarət yetirib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında cəza çəkən məhbus, Tovuz rayon Yanıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Abdıyev Oktay Mikayl oğlu iti alətlə özünə xəsarət yetirib.
O, xəstəxanaya aparılıb. Tibbi yardımdan sonra vəziyyəti normal qiymətləndirilib.
Məhkumun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daha çox