Türkiyədən qayıtmaq istəyən vətəndaşlarımız üçün çarter reyslər ayrılacaq

GÜNDƏM
01:20
15 Mart 2020
96

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcəkdir.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirlib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.

Xəbər lenti