Küləyin fəsadlarından 11 nəfər xəsarət alıb

ÖLKƏ
09:34
11 Noyabr 2021
972

Bakıda dünəndən başlayan güclü külək nəticəsində 11 nəfər xəsarət alıb.

Sabah.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Xəbər lenti