Sumqayıtda restoranda gənc oğlan faciəvi şəkildə öldü

XƏBƏR
15:55
10 Noyabr 2021
682

Sumqayıtda şadlıq sarayında 18 yaşlı gənc yıxılaraq ölüb.

Sabah.az xəbər verir ki, Prokurorluqdan verilən məlumata görə, noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadə Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölüb.

Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi  “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti