AFFA-dan Samet Aybaba və Okan Buruk açıqlaması

İDMAN
13:12
10 Noyabr 2021
682

AFFA türkiyəli mütəxəssislər Samet Aybaba və Okan Buruk ilə danışıqlar apardıqlarına dair mediada yayılan xəbərlərə münasibət bildirib.

Sabah.az xəbər verir ki, Milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Qol.az saytına açıqlamasında deyib ki, hazırda təmsilçisi olduğu qurumun italiyalı mütəxəssis Canni de Byazi ilə müqaviləsi var:

“Biz də bu müqaviləyə hörmətlə yanaşırıq”.

F.Abdulla bildirib ki, hazırda AFFA heç bir məşqçi ilə danışıqlar aparmır:

“Samet Aybaba və Okan Burukla danışıqlar getdiyinə dair məlumatlar həqiqəti əsk etdirmir. Ümumiyyətlə, hazırda heç bir mütəxəssislə müzakirə aparılmır”.

Qeyd edək ki, S.Aybaba özü Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə gətirilməsi ilə əlaqədar AFFA ilə danışıqlar apardığını deyib.

Əlavə edək ki, AFFA-nın hazırkı baş məşqçi Canni de Byazi ilə müqaviləsinin müddəti bu ay - DÇ-2022-nin seçmə mərhələsinin sonunda başa çatır.

Xəbər lenti