Sabunçuda iki qadını döyərək xəstəxanalıq etdilər

HADİSƏ
00:33
15 Mart 2020
79

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

28 yaşlı Bünyatova Afət Əlizadə qızı və 32 yaşlı Əhmədova Əməgül Əlizadə qızı naməlum şəxslərin hücumuna məruz qalıb. Onlar döyülüb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

Xəbər lenti