Çavuşoğlu Azərbaycanı Vahabzadənin şeiri ilə təbrik etdi

XƏBƏR
12:25
9 Noyabr 2021
492

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sabah.az xəbər verir ki, nazir bu barədə tvitter hesabında paylaşım edib.

M.Çavuşoğlu tvitində Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini paylaşıb:

“Birdir bizim hər halımız,

Diləyimiz, amalımız.

Bayraqlarda hilalımız,

Azərbaycan-Türkiyə!”

O, daha sonra “Üçrəngli bayrağınla çox yaşa, Azərbaycan” sözlərini əlavə edib.

Xəbər lenti