UEFA Avro-2020-ni təxirə salmağa hazırlaşır - Açıqlama
UEFA Avro-2020-nin koronavirus pandemiyası səbəbindən təxirə salınması üzərində çalışır.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun nümayəndəsi Evelina Kristillin məlumat verib.
"Fikrimcə, indi milli liqaların başa çatması üçün vaxt vermək və Avro-2020-ni növbəti ilə təxirə salmaq məqsədəuyğundur. Turnirin gələn ilə təşkil etmək ehtimalını araşdırırıq", - deyə E.Kristillin bildirib.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatı (Avro-2020) iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.
Daha çox