İran səfirliyi Azərbaycanı təbrik etdi
İranın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
Sabah.az xəbər verir ki, bu barədə İran səfirliyinin rəsmi tvitter hesabında yazılıb:
“İran səfirliyi dost, qardaş və qonşu Azərbaycan dövlətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsinin, xüsusilə də İran-Azərbaycan müştərək sərhədlərinin 132 km-lik hissəsinin bərpa edilməsinin birinci ildönümü münasibətilə təbrik edir”.
Daha çox