Şuşa internetlə təmin edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC Şuşa şəhərində mövcud müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib.
Sabah.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, artıq şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək zavodunda xidmətə qoşulma icra edilib.
Hazırda Şuşa sakinləri və şəhərin qonaqları genişzolaqlı internet xidmətlərini minimum 30 mb/s sürətlə əldə edə bilirlər.
Daha çox