Son bir ildə Şuşada bu qədər silah-sursat tapılıb - Foto

XƏBƏR
10:35
8 Noyabr 2021
537

Ötən ilin bu gün işğaldan azad edilən Şuşada son bir il ərzində ermənilərin atıb qaçdığı silah-sursatlar toplanıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, erməni hərbi birləşmələrinin şəhər ərazisində atıb qaçmağa məcbur olduğu silah-sursatlardan təmizlənməsi üçün Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə nəzarət-profilaktiki tədbirlər görülür.

Son bir il ərzində keçirilən tədbirlərlə xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkar edilib.

Şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, Daşaltı kəndində 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.

Xəbər lenti