Türkiyə səfirliyi Azərbaycan Prezidentini və xalqını təbrik etdi
Türkiyənin Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevi və Azərbaycan xalqını "Zəfər Günü" münasibətilə təbrik edib.
Sabah.az xəbər verir ki, səfirlik bu barədə məlumatı öz tvitter hesabında paylaşıb.
"Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr - Zəfər Günü münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevi, qəhrəman Azərbaycan ordusunu və xalqını təbrik edir, bu qələbəni hər kəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik", - deyə məlumatda qeyd olunub.
Daha çox