“KamAZ”la piyadanı vurub öldürdü - Foto

HADİSƏ
22:36
14 Mart 2020
88

Qax rayonunun Əmbərcay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Şəkidən Qax istiqamətində hərəkət edən Qax sakini Papiaşvili Amiran Yorayev idarə etdiyi "KamAZ" markalı avtomobillə 1953-cü il təvəllüdlü Əmbərcay kənd sakini Əhmədov Fikrət Sadıx oğlunu vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti