Evdən çıxan koronavirus xəstəsi saxlanıldı
Şəkidə aktiv koronavirus xəstəsi ictimai yerdə saxlanılıb.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Rəşad Məmmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
R.Məmmədov barəsində araşdırma aparılır.
Daha çox