Evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq - Operativ qərargah
Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq.
Sabah.az xəbər verir ki, bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalarda öz əksini tapıb.
Qaydada alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması tapşırılıb.
Həmçinin bildirilib ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görüləcək.
Daha çox