Binəli Yıldırım İlham Əliyevə təsbeh hədiyyə etdi - Fotolar

ÖLKƏ
12:09
5 Noyabr 2021
1177

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Sabah.az xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirilib, bu forumun yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.

Qeyd edilib ki, pandemiyaya baxmayaraq, forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.

Xəbər lenti