“Qadın kişinin telefonuna baxırsa, uşaqlarını atasız qoyur”

XƏBƏR
11:12
5 Noyabr 2021
752

Əməkdar artist Rəhman Rəhmanov açıqlaması ilə müzakirələrə səbəb olub.

Sabah.az xəbər verir ki, aktyor “Elgizlə izlə” verilişində kişi-qadın münasibətindən danışıb.

O, proqrama gələn və əri tərəfindən aldadılan qadını qınayıb. Aktyor ərinin telefonuna baxan qadınları tənqid edib:

“Qadının kişinin telefonuna baxması qadağandır. Nişanlı olanda olar. Amma ailəlisənsə, olmaz. Onunla ailəni dağıdırsınız. Qadın kişinin telefonuna baxırsa, uşaqlarını atasız qoyur. Qadın kişidən dözümlü olur”.

Xəbər lenti