Ermənistan tərəfi ilə görüş olacaq? - Ceyhun Bayramov açıqladı
Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfi ilə görüşün olub-olmayacağı barədə məsələyə aydınlıq gətirib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ceyhun Bayramov bu barədə Qlobal Bakı Forumunda jurnalistlərin sualına cavab verərkən danışıb.
“Ermənistan-Azərbaycan arasında postmünaqişə dövrünə aid olan bir sıra məsələlər var. Burada həm nəqliyyat kommunikasiyalarının açılması, eyni zamanda Ermənistan-Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası keçirilməyib. Ümumilikdə bu, normal hal deyil. Dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin sivil qaydaları var. Təbii ki, bu proses baş verməlidir. Bu və ya digər humanitar tipli məsələlərlə bağlı, mina xəritələrinin təhvil verilməsi və başqa mövzular var. Bir çox təşəbbüslər də var. Qonşu və böyük region dövlətləri tərəfindən də çoxsaylı təşəbbüslər var. Azərbaycan tərəfi danışıqlardan çəkinməyib. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa əsaslanır”, - deyə nazir qeyd edib.
XİN rəhbəri, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hər hansı görüşün keçiriləcəyi ilə bağlı məlumat yoxdur.
O, gələcəkdə Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünü istisna etməyib.
Daha çox