Toz dumanı nə vaxtadək davam edəcək?

XƏBƏR
14:59
4 Noyabr 2021
669

Havada toz dumanı müşahidə olunur.

Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Hazırda Bakı və Abşeronda havada  tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

“Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”, - xidmətin əməkdaşı Gülnarə Abbasova deyib.

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti