Bakıda “Porsche” ilə piyadanı vurub öldürdü - Video

HADİSƏ
14:19
3 Noyabr 2021
1248

Dünən axşam saatlarında Bakıda “Porsche” markalı minik avtomobilini idarə edən şəxs piyadanı vuraraq ölümünə səbəb olub.

Sabah.az xəbər verir ki, hadisə Xətai rayonunun Nobel prospektində baş verib.

1974-cü il təvəllüdlü Soltanov Teymur Ziyad oğlu idarə etdiyi 99 DR 555 nömrəli “Porsche” markalı avtomobillə yolu keçən piyada 1953-cü il təvəllüdlü Xanbutayeva Kimsəxanım Xanbala qızını vurub.

Qəza nəticəsində piyada hadisə yerində ölüb.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Qeyd edək ki, sözügedən prospektdə uzun illərdir mütəmadi olaraq piyadaların vurulması ilə nəticələnən yol qəzaları olur.

Xəbər lenti