Fərdi sahibkarlar da əmlak vergisinin bəyannaməsini verməli olacaq
Artıq fərdi sahibkarlar da əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bildirilir.
Müəssisə ilə yanaşı, fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verməlidir.
Həmçinin fərdi sahibkar fəaliyyətinin ləğvi hallarında vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
Daha çox